...

Finlandiyada qış fırtınası səbəbi ilə 160 mindən çox ev işıqsız qalıb

Dünya xəbərləri Materials 29 Dekabr 2025 03:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiyada güclü qış fırtınası nəticəsində 160 mindən çox ev elektriksiz qalıb, göyərtəsində 150-dən çox adam olan iki təyyarə isə uçuş-enmə zolağından çıxarılıb.

Trend xəbər verir ki, bu barədə “Sweden Herald” qəzeti məlumat yayıb.

Məqalədə bildirilir ki, göyərtəsində təxminən 150 sərnişin olan bir təyyarə, eləcə də on nəfərdən az sərnişini olan daha kiçik hava gəmisi güclü külək səbəbindən uçuş-enmə zolağından çıxaraq qar yığınına çırpılıb.

Şiddətli hava şəraiti nəticəsində xəsarət alan olmayıb. Kittila, Rovaniemi və İvalo istiqamətlərində bütün hava nəqliyyatı müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, Finlandiyada Hannes adlandırılan qış fırtınası qərb sahili boyunca küləyin sürətini saniyədə 25 metrədək artıraraq minlərlə evi elektriksiz qoyub. Enerji Sənayesi Assosiasiyasının məlumatına görə, Qərbi Finlandiyanın geniş əraziləri fırtınadan ciddi şəkildə təsirlənib.

Xəbər lenti

Xəbər lenti