...

İsrail ordusu ilk “Iron Beam” lazer hava hücumundan müdafiə sistemlərini təhvil alıb

Dünya xəbərləri Materials 28 Dekabr 2025 22:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Rafael Advanced Defense Systems” şirkəti özünün ilk “Iron Beam” lazer hava hücumundan müdafiə sistemlərini İsrail Müdafiə Qüvvələrinə təhvil verib.

Trend xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

“Bu, ilk dəfədir ki, yüksək güclü lazer ələ keçirmə sistemi tam əməliyyat qabiliyyətinə çatdırılıb”, – nəşr İsrailin müdafiə naziri İsrael Katsın sözlərini sitat gətirib.

İsrail Müdafiə Nazirliyinin baş direktoru Əmir Baram bildirib ki, bu addım inkişaf mərhələsindən seriyalı istehsala keçidi göstərir. Onun sözlərinə görə, “Iron Beam” sistemi ölkənin müdafiə potensialını gücləndirəcək, müdafiə xərclərini azaldacaq texnoloji inqilabın yalnız başlanğıcıdır.

Xəbər lenti

Xəbər lenti