...

Ekvadorda atışma baş verib

Turizm Materials 29 Dekabr 2025 02:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ekvadorun Manabi əyalətində baş verən atışma nəticəsində ən azı altı nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə "El Comercio" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, dekabrın 28-i səhər saatlarında Manabi əyalətində yerləşən Puerto Lopez balıqçı kəndində silahlı şəxslər atəş açıblar. Ölənlər arasında iki yaşlı uşaq da var.

Hadisənin cinayətkar qruplarla əlaqəli ola biləcəyi ehtimal olunur və həlak olanların dəqiq sayı hələ müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti