...

Komitə: Gəncədə mənzili yanan məcburi köçkün ailəsinə köməklik göstəriləcək

Hadisə Materials 25 Aprel 2018 18:53 (UTC +04:00)
Gəncədə Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib.
Komitə: Gəncədə mənzili yanan məcburi köçkün ailəsinə köməklik göstəriləcək

Bakı. Trend:

Gəncədə Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baş vermiş hadisə nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanıb.

Bununla əlaqədar olaraq Komitə sədrinin tapşırığı əsasında Komitənin əməkdaşları dərhal həmin ərazidə olub, mövcud vəziyyətlə yerində tanış olub.

Komitə bildirir ki, operativ tədbirlər nəticəsində Alıməmmədov Malik Hidayət oğlunun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq köməklik göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti