...

Çində OLAY! Urumçidən uçan təyyarə geri qayitdi - SƏBƏB?

Hadisə Materials 23 May 2018 11:09 (UTC +04:00)
Çinin "Xiamen Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Urumçi şəhərində təcili məcburi eniş edib.
Çində OLAY! Urumçidən uçan təyyarə geri qayitdi - SƏBƏB?

Bakı. Trend:

Çinin "Xiamen Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Urumçi şəhərində təcili məcburi eniş edib.

Trend-in məlumatına görə, pilotların belə qərar qəbul etməsinə səbəb təyyarədə yaranmış mexaniki nasazlıq olub.

Aviaşirkətdən verilən məlumata görə, Urumçidən Tszinyana uçan MF8268 reysi yarı yolda geri qayıtmağa məcbur olub.

Hadisə zamanı təyyarənin göyərtəsində olan 144 sərnişindən xəsarət alan olmayıb.

Aviaşirkətdən bildirilib ki, təyyarə hazırda yoxlanılır, sərnişinlərin isə uçması üçün başqa təyyarə hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti