...

FHN Binəqədidə baş verən yanğınla əlaqədar məlumat yayıb (YENİLƏNİB)

Hadisə Materials 4 İyun 2018 03:24 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Bakının Binəqədi rayonunda baş verən yanğınla əlaqədar məlumat yayıb.
FHN Binəqədidə baş verən yanğınla əlaqədar məlumat yayıb (YENİLƏNİB)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Bakının Binəqədi rayonunda baş verən yanğınla əlaqədar məlumat yayıb.

Məlumatda deyilir:

"Bakı şəhərinin Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) 3,7 ha olan ərazisinə yığılmış istifadəyə yararsız avtomobil şinləri 1200 m² sahədə yanıb. Avtomobil şinlərinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb".

X X X

21:09

Bakının Binəqədi rayonunda baş verən yanğın söndürülüb.

Trend-ə FHN-dən verilən məlumata əsasən, Ağac Emalı Zavodunun ərazisində baş verən (hazırda fəaliyyət göstərmir) yanğın söndürülüb. İlkin məlumata görə, təxminən 500 m² ərazidə işlənmiş avtomobil şinləri yanıb.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti