...

Bir gündə borca görə axtarışda olan 54 nəfər saxlanılıb

Hadisə Materials 14 İyun 2018 09:36 (UTC +04:00)
İyun ayının 13-dən 14-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Bir gündə borca görə axtarışda olan 54 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

İyun ayının 13-dən 14-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 124 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 84 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 9 nəfər, borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti