...

Ötən gün 76 cinayət faktı qeydə alınıb

Hadisə Materials 18 İyun 2018 12:48 (UTC +04:00)
Onların 18-i “isti izlər”lə açılıb.
Ötən gün 76 cinayət faktı qeydə alınıb

Bakı. Trend:

Ötən gün ərzində 76 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, onların 18-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti