Bakı. Trend:
Yevlaxda taxıl sahəsi yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, şəhərin Xanabad kəndində 79 ha biçilmiş taxıl sahəsi və 1 ha sahədə kol-kos yanıb.
Yaxınlıqdakı yüksək gərginlikli elektrik xətləri, meşə zolağı və ferma yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.