...

Biləsuvarda motosiklet aşıb, sürücü ölüb

Hadisə Materials 18 Avqust 2018 13:00 (UTC +04:00)
Biləsuvar sakini motosikleti aşırıb öldü.
Biləsuvarda motosiklet aşıb, sürücü ölüb

Bakı. Trend:

Biləsuvar rayonu ərazisində “İJ” markalı motosiklet aşıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 17-də saat 22 radələrində Biləsuvar rayonunun Çinarlı kəndi ərazisində Aranlı kənd sakini Ənvər Əliyev idarə etdiyi “İJ” markalı motosikleti aşırıb.

Sürücü hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti