...

Bakıda asfalt zavodundan 40 min manatlıq avadanlıq oğurlayan şəxslər tutulub

Hadisə Materials 14 Sentyabr 2018 13:33 (UTC +04:00)
Paytaxt sakini Əli Piriyev, Abşeron rayon sakinləri Hakim Nuriyev və Mehman Çələbiyev saxlanılıblar
Bakıda asfalt zavodundan 40 min manatlıq avadanlıq oğurlayan şəxslər tutulub

Bakı. Trend:

Avqustun 20-dən sentyabrın 13-dək olan müddətdə Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindəki asfalt zavodunun həyətində təmirə saxlanılmış avtomobil və avadanlıqlardan 40.000 manat dəyərində ehtiyat hissələri sökülərək oğurlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinənlər paytaxt sakini Əli Piriyev, Abşeron rayon sakinləri Hakim Nuriyev və Mehman Çələbiyev 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti