...

Masazırda 2 otaqlı mənzil yanıb

Hadisə Materials 15 Sentyabr 2018 20:05 (UTC +04:00)
Abşeron rayonunda yanğın baş verib.
Masazırda 2 otaqlı mənzil yanıb

Bakı. Trend:

Abşeron rayonunda yanğın baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Masazır kəndində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxində ev əşyaları 6 m² sahədə və 1 ədəd plastik pəncərə çərçivəsi yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti