Bakı. Trend:
Yerevanda "Surb Qriqor Lusavoriç" tibb mərkəzinin ərazisində partlayış baş verib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, partlayışa oksigen balonunun partlaması səbəb olub. Məlumata görə, partlayış nəticəsində bir nəfər həlak olub.
Qeyd olunur ki, həlak olan şəxs oksigen balonlarının quraşdırılması müəssisəsində işləyib.
Hazırda partlayışın səbəbləri araşdırılır.