...

Metronun “Gənclik” stansiyasında cibgirlik edən şəxs yaxalanıb

Hadisə Materials 28 Dekabr 2018 16:42 (UTC +04:00)

Bakı. Trend:

Dekabrın 27-də Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın 3 gün əvvəl metronun “Gənclik” stansiyasının platformasında cibindən “Samsung” markalı mobil telefonunun oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs metronun “Elmlər Akademiyası” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Hafiz Hüseynov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti