...

Dələduzluq yolu ilə qızıl və avtomobil əldə edən Bakı və Abşeron sakinləri saxlanılıb

Hadisə Materials 15 Yanvar 2019 17:31 (UTC +04:00)
Dələduzluq edən Bakı və Abşeron sakinləri saxlanılıb
Dələduzluq yolu ilə qızıl və avtomobil əldə edən Bakı və Abşeron sakinləri saxlanılıb

Bakı. Trend:

Dələduzluq edən Bakı və Abşeron sakinləri saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, dələduzluq etdiyinə görə tutulmuş F.Abdullayevanın ətrafında Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin oktyabr ayında Maştağa qəsəbə sakini bir qadını aldadıb 300 manatını və 800 manat dəyərində qızıl-zinət əşyalarını alması da müəyyən edilib.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da F.Bayramlının 8000 manatını və “Hyundai” markalı avtomobilini dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Rafiq İsrafilov saxlanılıb.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də paytaxt sakinləri olan 2 nəfərin hər birindən dələduzluq yolu ilə 2500 manat almaqda şübhəli bilinən Abşeron rayon sakini Əhməd Əhmədov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti