...

İsmayıllı sakinlərindən ov tüfəngləri götürülüb

Hadisə Materials 21 Fevral 2019 15:02 (UTC +04:00)
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
İsmayıllı sakinlərindən ov tüfəngləri götürülüb

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Vəng kənd sakini Tərlan Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı qoşalülə və Qubaxəlilli kənd sakini Rövşən Zülfüqarovdan isə “İJ -18” markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti