...

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb

Hadisə Materials 23 Aprel 2019 10:41 (UTC +04:00)
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı. Samir Əli - Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1; 234.1 və 66.1-ci maddələrinə əsasən 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səfərbəyov Həsən Rəsul oğlu ilə qısamüddətli görüşə gəlmiş qaynı Füzuli rayon sakini Məmmədov Ramin Əflatun oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki gödəkcənin cibində gizlətdiyi 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti