...

Bakıda 3 mərtəbəli binada yanğın olub

Hadisə Materials 27 İyun 2019 09:46 (UTC +04:00)
Bakıda 3 mərtəbəli binada yanğın olub
Bakıda 3 mərtəbəli binada yanğın olub

Bakı. Trend:

Bakıda 3 mərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi rayonunda üçmərtəbəli binanın (hər mərtəbəsi 630 m², 2-ci və 3-cü mərtəbəsi mebel sexi kimi fəaliyyət göstərir) 2-ci və 3-cü mərtəbəsində 230 m² sahədə mebel məmulatı, 80 ədəd boya çəlləyi (hər birinin həcmi 12 litr) yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti