...

2 "Peugeot" toqquşdu, 3 nəfər öldü

Hadisə Materials 4 İyul 2019 20:19 (UTC +04:00)
İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Mənucan rayonundan Bəndər Abbas istiqamətində yolda 2 "Peugeot" avtomobili toqquşub.
2 "Peugeot" toqquşdu, 3 nəfər öldü

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Mənucan rayonundan Bəndər Abbas istiqamətində yolda 2 "Peugeot" avtomobili toqquşub.

Trend-in məlumatına görə, bunu Kirmanın cənub yol polisinin rəisi polkovnik Dadmula Abkar deyib.

D.Abkarın sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub, 3 nəfər də yaralanıb.

Abkar qəzaya səbəbin avtomobillərdən birinin digərinin yoluna çıxması olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti