...

Hirkan Milli Parkında yanğının söndürülməsi üçün əraziyə amfibiya təyyarəsi cəlb olunub

Hadisə Materials 21 Avqust 2019 10:10 (UTC +04:00)
Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.
Hirkan Milli Parkında yanğının söndürülməsi üçün əraziyə amfibiya təyyarəsi cəlb olunub

Bakı. Samir Əli - Trend:

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi məqsədilə Aviasiya dəstəsinin iki helikopteri də dünəndən ərazidə fəaliyyətdədir.

Xatırladaq ki, avqustun 20-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və operativ söndürülməsini təmin etmək məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti