...

Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb (FOTO)

Hadisə Materials 21 Avqust 2019 10:43 (UTC +04:00)
Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb
Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə verilən məlumata görə, yanğının ətrafa yayılmasının qarşısı alınıb. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində tüstülənmə müşahidə olunur.

Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər.

Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.

ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti