...

İmişlidə iki maşın toqquşdu, FHN bir nəfəri xilas etdi

Hadisə Materials 22 Avqust 2019 10:53 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli rayonunun Qaravəlili kəndində “Mercedes” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumatına görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti