...

Xaçmazda 41 çətənə kolu aşkarlandı

Hadisə Materials 29 Avqust 2019 10:56 (UTC +04:00)
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Xaçmazda 41 çətənə kolu aşkarlandı

Bakı. Samir Əli - Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinər rayonun Müşfiq kənd sakini, 46 yaşlı Zakir Əhmədov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Quba regional qrupundan Trend-ə verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə ona məxsus evin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yaş çəkisi 31 kq olan 41 ədəd narkotik xassəli çətənə bitkiləri aşkar olunub.

Dindirilmə zamanı Z.Əhmədov çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti