...

Bakı sakinini avtomobilə mindirərək bıçaqlayan şəxslər müəyyən edilib

Hadisə Materials 23 Oktyabr 2019 15:00 (UTC +04:00)
Bakı sakinini avtomobilə mindirərək xəsarət yetirən şəxslər müəyyən edilib
Bakı sakinini avtomobilə mindirərək bıçaqlayan şəxslər müəyyən edilib

Bakı. Samir Əli - Trend:

Bakı sakinini avtomobilə mindirərək bıçaqlayan şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 22-də saat 2 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində 3 nəfərin A.İsmayılovu bıçaqla hədələyib “VAZ-2107” markalı avtomobildə aparılması barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.
Məlumatla əlaqədar dərhal Sabunçu RPİ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Sabunçu RPİ PPXB, DYPŞ və 12-ci PŞ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əsgərov Sabunçu qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.
Polis əməkdaşları tərəfindən bu cinayət əməlini törətməkdə şübhəli bilinən digər 2 nəfərin də şəxsiyyətləri müəyyən edilib.

Üz və bədən nahiyəsindən xəsarət almış A.İsmayılov xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti