...

Ağstafada silahlı insident, 2 nəfər güllələndi - Cinayət işi başlandı (YENİLƏNİB)

Hadisə Materials 31 Oktyabr 2019 14:27 (UTC +04:00)
Ağstafa rayonunda silahlı insident baş verib.
Ağstafada silahlı insident, 2 nəfər güllələndi - Cinayət işi başlandı (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Ağstafa rayonunda silahlı insident baş verib.

Trend-in məlumatına görə, hadisə Köçəsgər kəndində qeydə alınıb.

Kənd sakinləri 1968-ci il təvəllüdlü Məmmədov Qabil Ələsgər oğlu və 1959-cu il təvəllüdlü Əlləcov Yüsif Əsgər oğlu güllə yarası ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisənin hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti