...

Səhiyyə Nazirliyi: Yeni Ramana yolundakı qəzada 9 nəfər xəsarət alıb

Hadisə Materials 1 Noyabr 2019 09:31 (UTC +04:00)
Ötən gün Yeni Ramana yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə 9 nəfər gətirilib.
Səhiyyə Nazirliyi: Yeni Ramana yolundakı qəzada 9 nəfər xəsarət alıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən gün Yeni Ramana yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə 9 nəfər gətirilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, yaralılara lazımi tibbi yardım göstərilib:

"Səhər saat 09:00 üçün xəstəxanadan verilən məlumata görə, lazımı tibbi yardım göstərildikdən sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar".

Qeyd edək ki, ötən gün Yeni Ramana yolunda 49 və 106 saylı sərnişin avtobusları toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti