Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda çarpayıdan yıxılan ağırçəkili qadına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış ünvanına gələrək vətəndaşa müvafiq köməklik göstərib.