...

Peruda ildırım 10-dan çox insanı öldürdü

Hadisə Materials 30 Yanvar 2020 07:32 (UTC +04:00)
Hadisələr dağliq əyalətləri Kanas, Kançis və Espinarda baş veriblər
Peruda ildırım 10-dan çox insanı öldürdü

Bakı. Trend:

Peruda dörd gün ərzində ildırım vurması nəticəsində ən az 13 nəfər ölüb.

Trend-in məlumatına görə, hadisələr dağliq əyalətləri Kanas, Kançis və Espinarda baş veriblər.

Ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri qeyd edirlər ki, bu təbii hadisənin tez-tez baş verdiyi bölgədə insanların təhlükəsizliyi "həyati zərurət məsələsidir".

Perunun Milli Meteoroloji və Hidroloji Xidməti sakinləri fırtına olduğu və şimşək çaxdığı zamanları tədbir görməyə çağırıb: ağacların altında, pəncərələr və qapılar yaxınlığında dayanmamalı, məişət texnikası və mobil telefonları söndürməli və çətirdən istifadə etməməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti