...

Ölkəyə qanunsuz yolla gətirilən stamotoloji ləvazimatlar aşkarlanıb

Hadisə Materials 11 Fevral 2020 13:10 (UTC +04:00)
Gürcüstandan idarə etdiyi "Mercedes-Benz 200" markalı nəqliyyat vasitəsi ilə ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.
Ölkəyə qanunsuz yolla gətirilən stamotoloji ləvazimatlar aşkarlanıb

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz 200" markalı nəqliyyat vasitəsi ilə ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı onun idarə etdiyi avtomobilin arxa oturacağının altında gömrük nəzarətindən gizlədilən 3626 ədəd müxtəlif adda protez diş, 260 ədəd stamotoloji ləvazimat aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti