...

Mobil telefonların qanunsuz yolla gətirilməsinin qarşısı alındı

Hadisə Materials 12 Fevral 2020 14:30 (UTC +04:00)
Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Kia optima" markalı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.
Mobil telefonların qanunsuz yolla gətirilməsinin qarşısı alındı

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Kia optima" markalı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual olunan vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və ya gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsədə, yoxlama zamanı avtomobilin ön oturacaqlarında gizlədilən 1 ədəd "Redmi Note 8", 1 ədəd "Samsung Galaxy A51" və 7 ədəd "Samsung Galaxy A10S" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti