...

Pakistanda naməlum zəhərli qazın sızması nəticəsində ölənlər var

Hadisə Materials 17 Fevral 2020 01:38 (UTC +04:00)
Sızma liman işçilərinin kimyəvi maddə ilə dolu olan konteyneri yüklədikdə meydana gəlib
Pakistanda naməlum zəhərli qazın sızması nəticəsində ölənlər var

Bakı. Trend:

Pakistanın cənubundakı Kəraçi şəhərinin dəniz limanında naməlum zəhərli qazın sızması nəticəsində ən azı 5 nəfər ölüb, 70 nəfər isə zəhərlənib.

Trend-in məlumatına görə, sızma liman işçilərinin kimyəvi maddə ilə dolu olan konteyneri yüklədikdə meydana gəlib.

Yerli xilasetmə qüvvələrinin nümayəndəsi zəhərlənən işçilərin xəstəxanaya yerləşdirilmələrini bildirib. Onlardan bəzilərinin vəziyyətı ağırdır. Bununla əlaqədər nümayəndə ölənlərin sayının artacağını istisna etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti