...

Bakıda 42 yaşlı kişinin boğulmuş meyiti aşkarlandı

Hadisə Materials 18 Fevral 2020 15:16 (UTC +04:00)
Bakıda mənzildən orta yaşlı kişinin meyiti aşkarlanıb.
Bakıda 42 yaşlı kişinin boğulmuş meyiti aşkarlandı

Bakı. Samir Əli - Trend:

Bakıda mənzildən orta yaşlı kişinin meyiti aşkarlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində baş verib. Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9-da yaşayan, Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Vaqif Vidadi oğlunun yaşadığı evin hamamında meyiti tapılıb. V.Məmmədovun dəm qazından boğulduğu ehtimal edilir.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti