“BMW” yolu keçmək istəyən piyadanı vurub öldürdü

Bakı. Samir Əli - Trend:
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, hadisə gecə saatlarında Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 65-ci km-də qeydə alınıb.
Belə ki,1994-cü il təvvəlüdlü Cəfərli Toğrul Fizuli oğlunun idarə etdiyi “BMW” markalı 99-VA904 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən yolu keçən 40 yaşlarında bir kişini vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq