...

Avtomobilini yol ayırıcısına vuran sürücü öldü

Hadisə Materials 24 Fevral 2020 15:23 (UTC +04:00)
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Avtomobilini yol ayırıcısına vuran sürücü öldü

Bakı. Trend:

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 23-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Orxan Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti