...

Azərbaycana qanunsuz yolla mobil telefon keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 2 Mart 2020 14:49 (UTC +04:00)
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb.
Azərbaycana qanunsuz yolla mobil telefon keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük yoxlaması zamanı avtomobilin mühərrik hissəsində 5 ədəd "Redmi 7A" markalı mobil telefon və aksesuarları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti