...

"Qırmızı Körpü"də qanunsuz yolla keçirilən külli miqdarda siqaret aşkarlanıb

Hadisə Materials 16 Mart 2020 18:25 (UTC +04:00)
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda martın 13-də Gürcüstandan idarə etdiyi "VAZ-2109" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.
"Qırmızı Körpü"də qanunsuz yolla keçirilən külli miqdarda siqaret aşkarlanıb

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda martın 13-də Gürcüstandan idarə etdiyi "VAZ-2109" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxışdan əvvəl vətəndaş idarə etdiyi avtomobildə gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa oturacağının söykənəcək hissəsində, xüsusi hazırlanmış gizli saxlanc yerində 5800 ədəd "KING" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti