...

Bakıda "Mercedes" oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 30 Aprel 2020 13:37 (UTC +04:00)
Bakıda "Mercedes" oğurlayan şəxs saxlanılıb

Bakı. Trend:

Bakıda "Mercedes" oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.İsmayılov aprelin 29-da A.M.Cümə küçəsindən “Mercedes” markalı avtomobilinin qaçırılmasını bildirib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqiyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Cəfərov avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti