...

Bakıda qəza - "Opel" aşaraq yolu kəsdi (VİDEO)

Hadisə Materials 7 May 2020 09:45 (UTC +04:00)
Bakıda qəza - "Opel" aşaraq yolu kəsdi (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində minik maşınlarından biri üzü üstə aşıb.

Belə ki, 99-AH-319 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil ötmə əməliiyat yerinə yetirərkən, qarşıda gedən 99-TT-998 dövlət nömrəli "KİA" markalı maşının arxa təkərinin üzərinə çıxıb. Toqquşma nəticəsində "Opel" aşaraq yolu kəsib.

Hadisə Yerinə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti