...

Qubada sel körpünü dağıtdı (FOTO)

Hadisə Materials 11 May 2020 15:13 (UTC +04:00)
Qubada sel körpünü dağıtdı (FOTO)

Bakı. Samir Əli - Trend:

Son günlər yağan aramsız yağışlar nəticəsində Quba rayonunun Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərində yerləşən körpünün uçması ilə bağlı məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, dərhal əraziyə FHN-in aidiyyəti qurumlarının nümayəndələri cəlb edilib, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri hadisə yerinə gəlib.

Mütəxəssislər tərəfindən müəyyən edilib ki, körpü keçidi 2017-ci ildə kənd sakinləri tərəfindən primitiv qaydada 2 ədəd uzunluğu 12 metr, eni 1,5 metr olan plitələr üzərində kənddaxili gediş-gəliş məqsədilə quraşdırılıb. Sel nəticəsində blokların altı yuyulub və körpü keçidi çöküb.

Kənd əhalisinin hazırda rayon mərkəzi, eləcə də digər yaşayış məntəqələri ilə gediş-gəlişində bir problem yoxdur. Körpünün tikinti norma və tələblərinə uyğun yenidən inşası üçün məsləhətləşmələr aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti