...

Kürdəmirdə hamilə qadın qaynı tərəfindən güllələndi

Hadisə Materials 12 May 2020 09:35 (UTC +04:00)
Kürdəmir rayonunda qadın güllələnib.
Kürdəmirdə hamilə qadın qaynı tərəfindən güllələndi

Bakı. Samir Əli - Trend:

Kürdəmir rayonunda qadın güllələnib.

Trend-in məlumatına görə, hadisə rayonun Sığırlı kəndində baş verib.

Kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşının hamilə olan həyat yoldaşı Könül Mövlayeva ilə mübahisə edib. Mübahisə nəticəsində R.Mövlayev ov tüfəngi ilə atəş açaraq qadını güllələyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.

R. Mövlayev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti