...

Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu

Hadisə Materials 22 May 2020 09:42 (UTC +04:00)
Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu

Bakı. Samir Əli - Trend:

Bakıda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə mayın 21-də paytaxtın Nəsimi rayonu, S.Əsgərov küçəsində qeydə alınıb. Həmin küçədə hərəkətdə olan “Hyundai” markalı avtomobil Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü A.Hüseynovu vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti