...

Kürdəmirdə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi

Hadisə Materials 28 Avqust 2020 17:01 (UTC +04:00)
Kürdəmirdə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi

Bakı. Samir Əli - Trend:

12 may 2020-ci il tarixdə Kürdəmir rayonu ərazisində rayon sakini Cəbrayıl Malkova bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Kürdəmir rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Kürdəmir rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Rahim İslamovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cəbrayıl Malkovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti