...

Cəlilabadda qanunsuz at əti aşkarlanıb

Hadisə Materials 26 Oktyabr 2020 11:47 (UTC +04:00)
Cəlilabadda qanunsuz at əti aşkarlanıb

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qidaya yararsız at ətlərinin kəsimi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşları tərəfindən mənşəyi məlum olmayan ət məhsullarının hazırlanmasında şübhəli bilinərək saxlanılmış Cəlilabad rayonunun Sərhədabad kənd sakini Cəlal Mirzəyevin idarə etdiyi “Vaz 21011” markalı avtomobilə baxış keçirilən zamanı oradan 34 kiloqram sümüksüz at əti aşkar edilərək götürülüb. Həmin ət məhsulunun Cəlilabad rayonunun Sərhədabad kənd sakini T.Qasımov tərəfindən hazırlandığı müəyyən edilib. Araşdırmalarla Toğrul Qasımovun müxtəlif şəxslərdən ucuz qiymətə aldığı atları yaşadığı Sərhədabad kəndində kəsdiyi və sümükdən ayrılan ətlərin mal əti adı ilə satıldığı məlum olub. Həmin ətlərin satışının təşkilində onunla əlbir olan Cəlilabad şəhər sakini Əli Həsənov da müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti