...

Samuxda koronavirus xəstələri məsuliyyətə cəlb edilib

Hadisə Materials 12 Dekabr 2020 12:09 (UTC +04:00)
Samuxda koronavirus xəstələri məsuliyyətə cəlb edilib

Bakı. Samir Əli - Trend:

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Sərkar kənd sakini, Elnur Şıxaliyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edərək Gəncə şəhərinə getməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvana göndərib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti