...

Küçədə narkotik satan şəxsin evindən 5 kiloqram marixuana aşkarlandı

Hadisə Materials 9 Yanvar 2021 13:09 (UTC +04:00)
Küçədə narkotik satan şəxsin evindən 5 kiloqram marixuana aşkarlandı

Bakı. Samir Əli - Trend:

Cəlilabadda narkotik alverçisi yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini C.Şükürov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə ona məxsus yardımçı təsərrüfata baxış zamanı isə oradan da əlavə 5 kiloqramdan artıq marixuana götürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti