...

Abşeronda mebel ustası dəm qazından boğulub öldü

Hadisə Materials 11 Mart 2021 11:49 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Gecə saatlarında qəsəbənin Koroğlu küçəsi, döngə 1-də nömrəsiz evdə Beyləqan rayon sakini, mebel ustası, 1967-ci il təvəllüdlü Abbasov Etibar Şəmil oğlu dəm qazından zəhərlənib. O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti