...

Hacıqabul sakinindən narkotik və odlu silah götürülüb

Hadisə Materials 10 May 2021 12:06 (UTC +04:00)
Hacıqabul sakinindən narkotik və odlu silah götürülüb

Bakı. Trend:

Hacıqabul sakininin üzərindən narkotik maddə və odlu silah aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Ələkbərov saxlanılıb.

İ.Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman ondan kağız bükümdə narkotik maddə olan tiryək və bir ədəd lüləsi və qundağı kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti