...

Göygöldə yabanı halda bitən çətənə kolları məhv edilib (FOTO)

Hadisə Materials 29 May 2021 20:01 (UTC +04:00)

Bakı. Trend:

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Firuzabad qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, ümumi çəkisi 3 ton 800 kiloqramdan artıq olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti