Bakı. Trend:
İlkin məlumata əsasən, Ağsu rayonunun Musabəyli kəndində təqribən 10 hektar sahədə biçilməmiş taxıl sahəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 17:55-də tam söndürülüb.
Yaxınlıqdakı geniş taxıl sahələri yanğından mühafizə olunub.