...

Qubadlıda narkotik tərkibli bitkilər aşkar edilib (FOTO/VİDEO)

Hadisə Materials 8 İyun 2021 10:06 (UTC +04:00)
Qubadlıda narkotik tərkibli bitkilər aşkar edilib (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, tədbir zamanı rayonun Bəxtiyarlı kəndi ərazisində çəkisi 2 ton 200 kiloqram olan 4007 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti